Bakı Metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq. "Cəfər Cabbarlı-Nizami" mənzili birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq.
Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu, vacib bir tunellərdən biridir:
“Yollarda olacaq əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək bir məsələdir. O cümlədən, metronun intervalları azalacaq. Nizami metrosundan Xətai metrosuna gedən şəxs bir daha "28 May"da düşüb, "Cəfər Cabbarlı"ya getməyəcək. Birbaşa olaraq "Xətai" stansiyasına gedəcək. Bu, metroda sıxlığın təxminən 40 %-ni əhatə edirdi. Kifayət qədər şəxs "28 May" stansiyasından keçib, "Xətai" stansiyasına gedirdi. Amma bu olanda artıq yeni xətdən istifadə olunacaq. Birbaşa tunelin içərisindən hər hansı bir əraziyə getmədən də xətti, istiqaməti dəyişmək olar”.
Leyla Turan
Demokrat.az