Ermənistan İranla birgə hərbi təlimlərə başlayır

DÜNYA 09 aprel 2025, 19:24
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.

Demokrat.az xəbər verir ki, bu haqda Ermənistan MN məlumat yayıb.

Məlumata görə, tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.

Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:

“Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top