“Ali təhsil müddətinin qısaldılması lazımdır, amma bunu ifrat dərəcəyə çatdırmaq düzgün deyil. 2 illik təhsil mümkündürsə və bu təhsil daha çox praktikaya əsaslanırsa bunu kollec və ya peşə təhsili ilə də etmək olar”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
O qeyd edib ki, müəyyən ixtisaslarda müddətin 1 il qısaldılması uyğun ola bilər, amma iki illik ali təhsil qətiyyən yol verilməzdir:
“Universitet təhsili orta məktəb təhsilinin davamı olub, həm də insanın şəxsiyyət kimi formalaşmasında mühüm mərhələni təşkil edir.
Təəssüf ki, təhsil sistemində ali təhsil tələbələrdə haradasa elə təssürat yaradır ki, buranı dərhal bitirərək iş həyatına atılmalıyam. Halbuki təhsil tələbələrin həyatında bir tipli, süjetli, yeknəsək olmamalıdır. Bəzən tələbələrin gileyləndiyi odur ki, onlar ixtisasa aid olmayan fənlər də keçirlər.
Düzdür, bəzi fənlərin ixtisar edilməsi lazımdır, amma yeni yaranan dəyişikliklərə uyğun olaraq əlavə məzmunların və ya fənlərin də salınması vacibdir. Məsələn, bütün ixtisaslarda süni intellekt dərslərinin salınması günümüzün ən vacib məsələlərindən biridir”.
Ekspert bildirib ki, dərs müddətinin qısaldılmasından daha çox ona baxışın dəyişilməsi lazımdır:
“Daha yaxşı olardı ki, tələbələr bizim bildiyimiz ənənəvi praktikadan fərqli bir metodla nəzəriyyədə öyrəndiklərini prkatikada-istehsalatda tətbiq edərək öyrənsinlər. Bu zaman onlara hətta müəssisə tərəfindən praktika müddətində əmək haqqı verilə bilər və iş müqaviləsi bağlana bilər. Nəticədə, ali təhsillə əmək bazarı arasında mövcud uçurum da aradan qalxmış olar.
Hansı ki, ali məktəbi bitirib iş üşün müraciət edənlərə verilən ənənəvi sual: Təcrübən varmı? sualı aradan qalxmış olar. Deməli ali təhsilin azaldılması əvəzinə onun iki, iki il yarımını ixtisasın nəzəri biliklərinə və sosial inkişaf-psixoloji, idman, tarix, dil, dünyagörüşünə həsr edib, iki il yaxud da il yarımını da praktikaya və real iş təcrübəsinə və son olaraq işlə təminata həsr etmək daha düzgün olardı”.
Leyla Turan
Demokrat.az