UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.
Demokrat.az xəbər verir ki, "Arsenal" ilk oyununu ev stadionunda yarışın son qalibi "Real Madrid"ə qarşı keçirib.
Matçda əsas hadisələr ikinci hissədə baş verib. "Topçular" "kral klubu"nun qapısından 3 cavabsız qol keçiriblər - 3:0. Deklan Rays dublla yadda qalıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq. İki oyunun nəticəsinə əsasən üstün tərəf PSJ - "Aston Villa" cütünün qalibi ilə yarımfinalda görüşəcək.