İsrail mediası ABŞ prezidenti Donald Trampın Ağ Evdəki görüşündən sonra baş nazir Benyamin Netanyahunu mətbuat qarşısında alçaltdığını bildirib.
Demokrat.az xəbər verir ki, Netanyahu, Macarıstan səfərini başa vurduqdan sonra Trampın dəvəti ilə ABŞ-a uçub.
Jurnalistlərə açıqlama verən Netanyahu gömrük tarifləri, Qəzzada atəşkəs razılaşması üzrə danışıqlar, israilli məhbusların vəziyyəti, Türkiyə ilə İsrail arasında Suriyada artan gərginlik haqqında danışıb.
Tramp isə mətbuata verdiyi ortaq açıqlama zamanı dedikləri ilə diqqət çəkib.
İsrail mediası görüşün nazirin bu günə qədər Trampla keçirdiyi ən uğursuz görüş olduğunu qeyd edib, Netanyahunun sadəcə gülümsədiyini və Trampın kameralar qarşısındakı açıqlamalarına dözmək məcburiyyətində qaldığını yazıb.
İsrail mediası həmçinin Netanyahunun görüşü əliboş tərk etdiyini yazıb.
“Maariv” qəzetindən politoloq Anna Barski yazıb ki, “Tramp canlı televiziyada Netanyahunu alçaltdı və Netanyahunun səfərlə bağlı məqsədləri bu görüş zamanı darmadağın oldu”.
İsrailin ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumlarının qaldırılması qərarına baxmayaraq, ABŞ-ın İsrail mallarına tətbiq etdiyi gömrük rüsumlarının qüvvədə qaldığı, Netanyahunun evə əliboş döndüyü bildirilib.
Əfsanə Kamal
Demokrat.az