“Nirvana” və “Şərifoğlu kabab” restoranları səkini zəbt ediblər — FOTOLAR

GÜNDƏM 08 aprel 2025, 10:02

“Nirvana” və “Şərifoğlu kabab” restoranları səkinin əsas hissəsini zəbt ediblər.

Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir k, Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən ” Nirvana” və “Şərifoğlu kabab”  restoranları   piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, binanın 1 mərtəbəsini  restoran etməkləri azmış kimi, səkini zəbt edərək özləri üçün ərazi düzəldib  fəaliyyə göstərirlər.  Gecə saatlarınadək  müştərilər həyətdə otururlar.

Bunula bağlı  aidiyyatı qurumlara müraciət etsəkdə heç bir tədbir görülmür.

Məsələ ilə bağlı  Nizami rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, 2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı  Coşqun Cəbrayılovdur.
 














 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top