"Almaniya sülh prosesinə müsbət təsir göstərə bilər" — Politoloq

GÜNDƏM 07 aprel 2025, 14:26
"Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfər zamanı iki ölkənin gündəminə dair bir çox məsələlər, o cümlədən Almaniya-Azərbaycan münasibətləri, regional və qlobal çağırışlar, Azərbaycan-Ermənistan sülh prosesinə dair vacib məqamlar müzakirə olunub"

Ştaynmayerin səfəri Azərbaycan-Ermənistan nizamlanmasına necə təsir göstərə bilər?

Bununla bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Almaniya prezidentinin ziyarəti kifayət qədər əhəmiyyət kəsb edir:



“Çünki Almaniya Avropa İttifaqının qurucu ölkəsindən biridir. Əsas iqtisadi mühərrikidir. Almaniya Prezidentinin Azərbaycan səfəri zamanı qarşılıqlı məsələlərin müzakirəsinə yönəlik addımlar atıldı. Almaniya Azərbaycanın əsas iqtisadi partnyorudur.  Bizdə ixrac İtaliya üzərindən göstərilsə də əslində, məhsulun son giriş nöqtəsi hesablanmalıdır. Azərbaycan məhsulunun, neftinin əsas alıcısı Almaniyadır. Azərbaycan özü də Almaniyadan kifayət qədər dərman preparatları, avradanlıqlar alır. İki ölkə arasında  iqtisadi münasibət kifayət yüksək səviyyədədir. Bundan  əvvəl də Azərbaycanın Makrona və Fransaya yaşıl işıq yandırmadığı halda, Almaniyanın Qarabağ məsələsində iştirakına xüsusi olaraq qarşı çıxamamışdır. Eyni zamanda Almaniya Azərbaycan və Ermənistan münasibətləri və sülh prosesinə müəyyən təkliflər və yaxud da müsbət təsir göstərə bilər. Yeni dünya nizamında artıq ABŞ və Avropa İttifaqı arası münasibətlər pozulub. Burada hər ölkə öz müttəfiqlərini yaradır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top