Güclü külək məktəbin damını uçurdu — FOTO

HADİSƏ 07 aprel 2025, 13:21

Şəmkirdə güclü külək kənd məktəbinin dam örtüyünü uçurub.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şiştəpə kəndində baş verib.

Yaranmış vəziyyət nəzərə alınaraq şagirdlərin təhsillərinə müvəqqəti olaraq qonşuluqda yerləşən İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etmələri təmin olunub.

Qeyd edək ki, Şiştəpə kənd tam orta məktəbində 700-dən artıq şagird təhsil alır.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top