Yanğınlardan necə qorunmaq olar?

GÜNDƏM 01 aprel 2025, 13:08
Novruz və Ramazan bayramları günlərində Fövqəladə Hallar Nazirliyi tərəfindən 501 yanğına çıxış olub, 53 nəfər xilas edilib.

Bununla bağlı  təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, hər kəs iş yerində, fərdi yaşayış evlərində yağın təhlükəsi haqqında qaydalara, təlimatlara, tövsiyyələrə mütləq ciddi riayət etməlidir:

“Bütün vətəndaşlar yanma riski, yanma qabiliyyəti yüksək olan materiallar ilə düzgün davranış qaydalarına diqqət etməlidir. Yəni, yağın təhlükəsi normativlərinə uyğun olaraq, elektrik təsərrüfatı saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Açıq alovdan istifadə edilməməlidir. İstifadə etməyə lüzum yaranarsa, mütləq orada yağın təhlükəsi normativlərinə uyğun olaraq davranış sərgilənməlidir. Açıq alovu nəzarətsiz buraxmaq yol verilməzdir. Tonqal qalayıb onu sönməsinə əmin olmadıqdan sonra tərk olunur və əlbəttə ki, bu da yanğına səbəb olur”.

O diqqətə çatdrıb ki, bütün bunlar yağın riskini yaradan amillədir.

“Evlərdə şam və ya hansısa elektrik cihazı yanıq, nəzarətsiz qalır, bu da yanğına gətirib çıxarır. Ona görə də mütləq yağın təhlükəsinə dair olan normativlərə mütləq ciddi riayət edilməlidir.  Elektrik cihazları, elektrik qurğuları, avadanlıqları nəzarətsiz buraxılmamalıdır. Evi tərk edən zaman mütləq onlar cərəyandan ayrılmalıdır. Bir sözlə diqqətli olmaq lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top