Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur

DÜNYA 31 mart 2025, 17:59
Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla təmaslara tamamilə açıqdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Putinlə Trampın telefon danışığı operativ şəkildə təşkil olunacaq.

Kremlin sözçüsü Putinin qrafikində Trampla telefon danışığının hələ ki olmadığını söyləyib: "Hazırda planlaşdırılmış telefon danışığı yoxdur. Amma bir daha təkrar edirəm: Prezident Putin belə ünsiyyətə açıq qalır. Lazım gələrsə, belə bir söhbət çox tez razılaşdırıla bilər".(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 23:42
Top