Myanmada milli matəm elan edildi

DÜNYA 31 mart 2025, 13:53
Myanmanın Baş naziri Min Aun Xlayn zəlzələ nəticəsində 1 700-dən çox insanın həlak olması ilə əlaqədar martın 31-dən aprelin 6-dək respublikada milli matəm elan edib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Oxu.az məlumat verib.

"İnsan itkisi ilə əlaqədar martın 31-dən aprelin 6-dək olan günlər ümummilli səviyyədə matəm günləri elan edilib", - deyə sərəncamda bildirilib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 olub. Zəlzələdən, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 23:42
Top