Finlandiya prezidentindən Ukraynada atəşkəslə bağlı təklif

DÜNYA 30 mart 2025, 23:59
Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampa Ukraynada atəşkəs üçün mümkün tarix kimi aprelin 20-ni təyin etməyi təklif edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Stubbun sözlərinə görə, aprelin 20-si heç bir şərt olmadan tam atəşkəs üçün yaxşı vaxt olardı.

Finlandiya lideri qeyd edib ki, o, bu tarixi Pasxa bayramının bu gündə qeyd olunacağı və o vaxta qədər Tramp üç ay ABŞ prezidenti vəzifəsini icra etmiş olacağı üçün təklif edib.

Qeyd edək ki, Stubb Floridada Trampla görüşüb və liderlər qolf oynayarkən ikitərəfli münasibətləri müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top