Putinə sui-qəsd iddiası, kortejindəki limuzin partladıldı — Nə baş verir?

DÜNYA 30 mart 2025, 17:36
Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahı yaxınlığında Prezident Vladimir Putinin rəsmi kortejinə məxsus olduğu güman edilən limuzində partlayış baş verib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərrikində başlayan və qısa müddətdə limuzinin salonuna keçən yanğında ölən və ya xəsarət alan olmayıb.

Yanğına ilk müdaxilə edənlər ərazidəki restoran işçiləri olub.

Partlayış səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, son vaxtlar V.Putinə sui-qəsd olacağı barədə məlumatlar yayılmışdı. Dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün geniş tədbirlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top