Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

İDMAN 29 mart 2025, 19:59
"Transfermarkt" dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komandanı tərtib edib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu "onbirliy"in müdafiəsində "Arsenal"dan iki, həm yarımmüdafiə, həm də hücumunda isə "Real Madrid"dən iki futbolçu yer alıb.

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda:

Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund") - 40 milyon avro;

Müdafiəçilər: Uilyam Saliba ("Arsenal") - 80 milyon avro, Alessandro Bastoni ("İnter") - 80 milyon avro, Qabriel Maqalhaes ("Arsenal") - 75 milyon avro;

Yarımmüdafiəçilər: Federiko Valverde ("Real Madrid") - 130 milyon avro, Cud Bellingem ("Real Madrid") - 180 milyon avro, Florian Virtz ("Bayer Leverkuzen") - 140 milyon avro;

Hücumçular: Lamin Yamal ("Barselona") - 180 milyon avro, Vinisius Junior ("Real Madrid") - 200 milyon avro, Erlinq Holand ("Mançester Siti") - 200 milyon avro, Kilian Mbappe ("Real Madrid") - 170 milyon avro.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top