"Qalatasaray" heyətini FKSB-nin qolkiperi ilə gücləndirəcək

İDMAN 30 mart 2025, 10:08
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Fernando Musleraya əvəzləyici axtarır.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi axtardığı qolkiperi Rumıniyada tapıb.

"Qalatasaray" FKSB-da çıxış edən Ştefan Tarnovanu ilə maraqlanır. "Sarı-qırmızılar" yayda 24 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Xatırladaq ki, FKSB Ştefan Tarnovanunu 2020-ci ildə "Politexnika"dan transfer edib.

Qeyd edək ki, Rumıniya millisinin üzvü bu mövsüm Buxarest təmsilçisinin heyətində 50 rəsmi matçda meydana çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 11:45
Top