AFFA rəhbərliyi UEFA-ya çağırıldı — Səs verəcəklər

İDMAN 01 aprel 2025, 11:02
Aprelin 3-də Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi keçiriləcək.

Demokrat.az qol.az-a istinadən xəbər verir ki, tədbirdə quruma üzv olan 55 milli federasiyanın nümayəndələri iştirak edəcək. AFFA rəhbərliyi də bu mötəbər toplantıya qatılacaq.

Konqresdə UEFA İcraiyyə Komitəsinin 4 il müddətinə 8 nəfər üzvü (ən azı 1 nəfər qadın olmaqla), 2 il müddətinə isə 2 nəfər üzvü seçiləcək.

Namizədlər arasında keçmiş SSRİ ölkələrindən Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko, Latviya Futbol Federasiyasından Vadim Lyaşenko, Ermənistan Futbol Federasiyasından Armen Melikbekyan da var.

Bundan başqa, tədbirdə UEFA-nın 2023/24 və 2025/26-cı illər üçün maliyyə hesabatı müzakirə olunacaq. Konqresdə UEFA komitələrində də dəyişiklik ediləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top