Myanmada ölənlərin sayı 700 nəfərə çatıb

DÜNYA 29 mart 2025, 08:39
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top