Moldova Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Oleq Ozerova Rusiya səfirliyinin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota təqdim edib.
Demokrat.az-ın məlumatına görə, bu barədə qurum bəyanat yayıb.
"XİN Rusiya diplomatına Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edən nota göndərib", - deyə nazirlikdən bildirilib.
Qeyd edilir ki, qərar Moldova Respublikası ərazisində diplomatik statusa zidd fəaliyyətin aşkar sübutlarına əsaslanır. Diplomatlara ölkəni tərk etmək tapşırılıb. Eyni zamanda, Moldova XİN Rusiya səfiri Oleq Ozerova Dnestryanıda sülhməramlı əməliyyatların idarə olunması üzrə Birgə Nəzarət Komissiyasının rusiyalı həmsədri Aleksandr Andreyevin ölkədən çıxarılması qərarı barədə də məlumat verib.