"X" qlobal nasazlıqla üzləşdi

SOSİAL MEDİA 28 mart 2025, 23:59
Bəzi ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında bildirilir.

Qeyd olunur ki, problem barədə məlumat verən istifadəçilərin 58%-i proqramdakı nasazlıqları qeyd edib, 35%-i saytın işindən şikayət edib, 7%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib.

"Downdetector"un məlumatına görə, ABŞ-də təxminən 50 min istifadəçi xidmətin kəsilməsi barədə məlumat verib. Həmçinin, dünyanın 15-dən çox ölkəsində də nasazıqlar qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top