Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Apreldən sonra sevindirici xəbər alacaqsınız

İQTİSADİYYAT 25 mart 2025, 14:13
Azərbaycan hökuməti sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. Artıq bu müddət başa çatdığı üçün yaxın aylarda rəsmi qərarların elan ediləcəyi gözlənilir.

Maraqlıdır, bu sahədə hansı artımlar olacaq?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, inflyasiya və hökumətin sosial siyasətinin genişlənməsi sosial müavinət və təqaüdlərin artırılmasını qaçılmaz edir. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşır:

"2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər artırılıb və bunun üçün ehtiyatlar nəzərdə tutulub. Hökumətə bu istiqamətdə təkliflərin hazırlanması üçün verilən müddət artıq başa çatıb. Bu isə o deməkdir ki, ilin ikinci rübündə – yəni aprel-iyun ayları ərzində sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarların şahidi olacağıq. Müavinət növlərindən asılı olaraq artımlar təxminən 10-15 faiz arasında dəyişə bilər. Bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib addımdır”, – deyə iqtisadçı bildirib.

Xalid Kərimli əlavə edib ki, ölkədə minimum əməkhaqqı 16 faizə qədər artırılıb, yaşayış minimumu isə 5 faizdən bir qədər çox artıb:

"Hökumət inflyasiyanı, həmçinin vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsini nəzərə alaraq müavinət və təqaüdlərin artırılmasını planlaşdırır. Son 2-3 ildə inflyasiyanın təsirləri xüsusilə həssas təbəqələr üçün daha çox hiss edildiyi üçün, bu artımlar həmin vətəndaşların rifahına müsbət təsir edəcək. Artımların hansı konkret müavinət və təqaüd növlərinə şamil ediləcəyi barədə hələlik rəsmi açıqlama olmasa da, əsasən aşağıdakı kateqoriyalar üzrə gözləntilər var". 

Hökumətin bu istiqamətdə hazırladığı təkliflər yaxın günlərdə açıqlanacaq və müavinət artımlarının hansı tarixdən tətbiq ediləcəyi bəlli olacaq. Vətəndaşlar isə artıq gözləmə mərhələsindədir və sosial rifahın artırılması üçün yeni qərarların elan ediləcəyinə ümid edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top