Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

GÜNDƏM 25 mart 2025, 20:51

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 26-sı gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top