2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Dövlət Gömrük Komitəsindən Demokrat.az-a verilən məlumata görə, bu məhsulların ümumi dəyəri 36,8 milyon ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 79,8% (2 min 370 ton), dəyər baxımından isə 2,4 dəfə (21,3 milyon dollar) artım deməkdir.
Hesabat dövründə kərə yağı və digər süd yağlarının idxalına çəkilən xərc ölkənin ümumi idxal xərclərinin 0,9%-ni təşkil edib.