Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.
Demokrat.az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də, yerli bazarlarda bu qiymətə təklif olunur.
Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulun həm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər.
Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.
Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.