"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib

İNFRASTRUKTUR 26 mart 2025, 12:43
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu, Rövşən Vəliyevdir.

O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 mart 2025, 13:00
Top