M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə bağlı bu gün saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Qurum hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.