Kəlbəcərin bu kəndinə 138 milyon manat xərclənəcək

İNFRASTRUKTUR 12 fevral 2025, 21:36
Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə tikinti və abadlıq işlərinə başlanılır.

Demokrat.az xəbər verir ki, bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda müvafiq işlər start götürüb.

Məlumata görə, 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəndis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri aparılacaq

Fond sözügedən işlərin icrasının 138,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Zar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. (Trend)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 fevral 2025, 01:02
12 fevral 2025, 22:27
Top