Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini "Memar Əcəmi" metro stansiyası ilə birləşdirən 92 nömrəli marşrut xəttindəki bütün avtobuslar dəyişdirilir. Daşıyıcı şirkət xəttə yeni avtobuslar daxil edir.
Oktyabrın 14-dən etibarən sözügedən marşrutda sıxılmış təbii qazla işləyən 14 müasir və ekoloji təmiz avtobus fəaliyyət göstərəcək. Nəqliyyat vasitələrində gedişhaqqı nağdsız qaydada ödəniləcək. Bir nəfər üçün gediş haqqı 0,60 manat təşkil edir.
AYNA sərnişindaşıma xidmətinin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün avtobus parkının yenilənməsi prosesini nəzarətdə saxlayır. Nəqliyyat vasitələrinin bir hissəsi bu ilin aprelində yenilənmişdi.
Beləliklə, Binəqədi sakinləri metroya daha rahat və müasir avtobuslarla gedə biləcəklər.


