Sağlamlıq

Bu terapiyanın köməyi ilə 6 korun görmə qabiliyyəti bərpa oldu — Sensasion elmi nəticə

Bu terapiyanın köməyi ilə 6 korun görmə qabiliyyəti bərpa oldu — Sensasion elmi nəticə

Sınaqlarda torlu qişanın işığa həssas hüceyrələrini tədricən məhv edən və tam korluğa səbəb ola bilən xəstəlik – retinitis pigmentozanın (piqmentli retinitin) irəliləmiş mərhələsində olan on nəfər iştirak edib.

Beləliklə, eksperimental gen terapiyası, irsi torlu qişa xəstəliyindən əziyyət çəkən və görmə qabiliyyətini itirmiş altı xəstədə işığa qarşı həssaslığı əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Demokrat.az-ın məlumatına görə, ABŞ, Fransa, İsveçrə və Böyük Britaniyadan olan mütəxəssislərin iştirakı ilə aparılmış klinik tədqiqatın nəticələri "The New England Journal of Medicine" tibb jurnalında dərc olunub.

Alimlər optogenetik terapiyadan istifadə edərək xəstələrə torlu qişanın xüsusi hüceyrələrinin işığa reaksiya verməsini təmin edən genetik material yeridiblər. Bu hüceyrələri aktivləşdirmək üçün işıqla stimullaşdıran xüsusi eynəklərdən istifadə olunub.

İştirakçıların yeddisində işığa həssaslığın artması müşahidə edilib və onlardan altısında əldə olunan yaxşılaşma klinik baxımdan əhəmiyyətli hesab olunub.

Tədqiqatçılar vurğulayırlar ki, bu mərhələdə görmə qabiliyyətinin tam bərpası məsələsi gündəmdə deyil. Kiçikmiqyaslı tədqiqatın əsas məqsədi metodun təhlükəsizliyini qiymətləndirmək idi. Onun effektivliyini təsdiqləmək üçün əlavə sınaqlar tələb olunur.

Editor
Redaktor