Cəmiyyət Özəl

Belə ailələr qısa zamanda müflis olur — Açıqlama

Belə ailələr qısa zamanda müflis olur — Açıqlama

Azərbaycanda bəzi insanlar maddi imkanları məhdud olsa da, cəmiyyətdə nüfuz qazanmaq, ətrafdakı insanlardan geri qalmamaq və qınaq obyektinə çevrilməmək üçün gəlirlərindən artıq xərcləməyə üstünlük verirlər.

Bəs insanları imkanlarından artıq xərcləməyə vadar edən əsas səbəblər hansılardır və bu davranışın qarşısını necə almaq olar?

Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, insanların maddi imkanlarından daha çox xərcləməyə meyilli olduqlarını düşünmür. Sadəcə, imkanların məhdudluğu insanları kredit götürməyə, müəyyən vəsaitlərin dövriyyəsində fəal iştirak etməyə və bəzən bir neçə alternativ işdə çalışmağa vadar edir.

Belə ailələr qısa zamanda müflis olur — Açıqlama

Onun sözlərinə görə, sosial nüfuz qazanmaq məsələsi burada haradasa arxa plandadır:

"Yəni, nüfuz onsuz da hər bir insan özünə görə müəyyən bir çərçivəsini, nüfuzlu fəaliyyəti olur və işlənən halda, təbii ki, qınaq məsələsi deyil, sadəcə özünü təsdiq məsələsidir. Yəni yaşamaq, bunda mübarizənin bir forması kimi də qiymətləndirilə bilər. Və hər bir halda ailə təbii ki, ehtiyac duyursa və müəyyən deyək ki, əlavə qazanca, tələbat hiss eləyirsə, burada ailə başçısının və ailənin digər üzvlərinin, yəni istər xanım, istər bəy olsun, fərq eləmir, yəni bütün ailədə çalışa biləcək və bunu yaşı, hüququ, imkanı çatan hər kəsin müəyyən bir fəaliyyət göstərməsi çox önəmlidir. Və Azərbaycan ailələrində də yəni əhəmiyyətli bir hissəsində büdcə ümumi də, yəni istər övladlar, istər valideynlər, yəni orta bir məxrəcə gələrək müəyyən bir vəsaitin düzgün dünyasını artırmağa və öz büdcələrini artırmağa və müəyyən bu mənada da deyək ki, bəzən xərcləri artıraraq nisbətən imkanlarını yaxşılaşdırmağa çalışırlar.

Əslində imkanlarından artıq xərcləmək məsələsində deyək ki, qeyri-adi bir şey yoxdur. Yəni, hər kəs fikirləşir ki, öz fəaliyyətini müəyyən şərtlər, qaydalar əsasında qurmalıdır və əlavə xərc ona müəyyən əlavə gəlir gətirə bilər. Bir digər istiqamətdə də elə zəruri xərclər var ki, məsələn, o, müəyyən sağlamlıq, təhlükəsizlik və imkanların genişləndirilməsi ilə bağlıdır. Yəni, hər bir insan yerində sayırsa, yəni bu, təbii olaraq onu müəyyən bir deqradasiya, geriləməyə uğradır və kim də bunun aradan qaldırmaq istəyirsə, ya istehlak kreditlərinə, ya deyək ki, müəyyən kiçik, orta sahibkarlıq biznes kreditlərinə üz tutur. Xüsusilə hər bir vəsaiti olan şəxs müəyyən avadanlığı, vəsaiti və müəyyən geyimi, eləcə də mənzil-məişət şəraitini yaxşılaşdırmaq istəyir ki, həyatında bir dönüş baş versin, bir dəyişiklik baş versin, bir irəliləyiş baş versin.

Bu baxımdan düşünürəm ki, məsələ qınaq problemi deyil, çünki qınaq adətən o zaman baş verir ki, insan edə biləcəyini etmir və yaxud onun gücü yetməyəcək bir məsələ ilə bağlı yanlış, birtərəfli, ictimai maraqlara zidd onun davranışı var. Və bu hallarda təbii ki, ictimai qınaq, tənzimləmənin, sosial nəzarətin xüsusi mexanizmləri işə düşür və insanları adekvat addım atmağa vadar edir. Hər bir halda fəaliyyət nümunələrini biz danışdıqda təxminən əhalinin 75%-dən çoxunun davranışında ictimai qınaq əsasən, fəal, birtərəfli münasibət göstərən və yaxud deyək ki, imkanlardan, imtiyazlardan birtərəfli qaydada yararlanan şəxslərə doğru yönəlir ki, bunlar müəyyən bir şərtləri tanıyırlar, sonra isə öhdəliklərini yerinə yetirmək istəmirlər. Bu, həm cəmiyyət tərəfindən bir qınaq, davamlı bir qınaq, həm də müəyyən hüquqi sanksiyaların işə düşməsinə və məhkəmələrə fəaliyyət, eləcə də həmin şəxsin fəaliyyəti ilə bağlı müəyyən imic məsələsinin zədələnməsinə səbəb ola bilər. Yəni, təbii ki, ağırlaşdırıcı hallarda həbs qətimkan tədbirinin seçilməsi mümkündür".

Sosioloq əlavə edib ki, şərtlərdən asılı olaraq cəmiyyətdə ailə büdcəsinə, ailə davranışına və ailə mədəniyyətinə olan münasibət dəyişir və istehlak mədəniyyəti də ailənin cəmiyyətə olan münasibətinin xüsusi bir hissəsidir:

"Təbii ki, insan cəmiyyətdə formalaşır, cəmiyyətdə fəaliyyət göstərir və cəmiyyətdə istehsal olunan digər insanlar tərəfindən istehsal olunan xidmətləri və məhsulları istehlakçı kimi istifadə edir, həm də eyni vaxtda istehlakçı, müəyyən istiqamətdə özü istehsalçı, müəyyən istiqamətdə özü istehlakçı ola bilərsə, bu, təbii bir prosesdir, təbii bir gözləmələrdir. Və hər bir halda düşünürəm ki, belə davranış yəni ailə büdcəsinə, yəni o halda mənfi təsir göstərir ki, planlaşdırmadan bu kimi addımlar atılır, yəni kimsə belə deyək, hissə qapılaraq və yaxud səhv rəhbərliyi müəyyən tikmə səbəti yaradaraq nəsə bir müəyyən bir biznesə düşərək daha çox xərcləyərək daha çox əldə edəcəyini düşünür. Bu halda iflas risqlərin böyüklüyü və müəyyən itkilər qaçılmazdır.

Digər bir tərəfdən, bu qınaq məsələsi ilə bağlı məsələyə toxunduq və hər bir halda təbii ki, istehlak mədəniyyətini formalaşdıran həm banklardır, müəyyən maliyyə qurumları, maliyyə sistemidir və burada əsas o mədəniyyət formalaşmalıdır və istehlak mədəniyyəti ilə bağlı konkret modellər, nümunələr təqdim olunmalıdır, yoxsa əgər istehlakçı öz davranışını axıra qədər tənzimləmək, tanımaq deyil, müəyyən mərhələdə risk edərsə, səhv edər və lazımdan artıq və ya israf xərclərə, yaxud xərcləməkdə təəssüb edə və həm vəsaitlər bundan da batsın, yaxud həm özünə, həm də, ona etimad göstərən müəyyən vəsait taran qurumları riskə, təhlükə altında qoya bilər. Və buna görə davranışına, davranışa birbaşa təsiri var.

Yəni istehlak mədəniyyətinin bunun təsiri əhəmiyyətli dərəcədə böyükdür.

Amma istehlakın özünün də yəni müəyyən qaydaları, qanunları var, yəni israfçılığa heç cür yol vermək olmaz. İnsan nəyi necə istifadə edəcəyi barədə yəni daha çox imkanlara malikdir, yəni informasiya imkanlarına malikdir və bu informasiyadan da istifadə edərək fəaliyyətini düzgün tənzimləyə bilər. Əsas yəni planlaşdırmanı bacarmaq, vaxtın düzgün təməli, bölgüsü və vaxt bölgüsü zəminində, yəni bütün işlərin planlı, məqsədli və sistemli şəkildə gerçəkləşdirilməsidir. Yəni bu baxımdan hər bir halda sosial-maddi davranış, yəni xərcləməklə bağlı olan davranışlar müəyyən etik normala, dəyərlərə, prinsiplərə və xərcləmə mədəniyyətinə söykənməlidir. Bu olduqda bu halda ciddi problemlər yaşamırıq, yanılgı vermək, yəni onun riskləri əhəmiyyətli dərəcədən qaldırmaq mümkün olur. Yox, planlaşdırmadan nə olar, onlar yaxşı olar, hər şey alınacaq, hər şey gözəl olacaq deyə, yəni bir məqsədi tam tamamlamadan bir xəttli xərcləmək insanın müflis olmaq həddinə və yaxud gözlənilməz davranışları gətirib çıxara bilər. Yəni bunu hər kəs diqqətdə saxlamalı və nəzərə almalıdır".