Özəl Region

Türkiyədəki "fon soruşturması" cinayət işinin altından bu azərbaycanlının adı çıxdı — VİDEO

Türkiyədəki fon soruşturması cinayət işinin altından bu azərbaycanlının adı çıxdı — VİDEO

Türkiyədə yüksək vəzifəli məmurların da adının qarışdığı "çirkli pulların yuyulması" əməliyyatlarında yeni adlar ortaya çıxıb.

Hazırda Türkiyə mediası əslən təbrizli olan və illər öncə də Türkiyədə böyük rüşvət skandallarında adı hallanan Rza Zərrab və onun yeni həyat yoldaşı Dilara Altıntopun kripto-pul hesabları vasitəsilə ölkədən xaricə 8 milyard dollarlıq vəsait çıxarması barədə iddiaları araşdırır.

Qeyd edək ki, davam edən həbslər fonunda, bir sıra şəhərlərin başqa partiyalardan olan bələdiyyə başçıları istefa verərək hakim AK partiyaya keçməyə başlayıblar.

Son olaraq tək namizədli seçkilərdən sonra Ataşehir Bələdiyyəsi rəhbərliyinin AKP-yə keçdiyini açıqlayıb.

Xatırladırıq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "fond araşdırması" çərçivəsində şübhəlilərin sayı 220-yə, həbs olunanların sayı isə 85-ə çatıb.

Araşdırma zamanı həbs olunan tanınmış şəxslər:

* Mustafa Aksu – Kənd Təsərrüfatı və Meşə nazirinin keçmiş müavini
* Bülent Uyğun – Tera Holding İdarə Heyətinin üzvü
* Abdulkadir Özkan – Tera Holding İdarə Heyətinin üzvü
* Nihat Qırmızı – İş adamı / İcraçı
* Nil Özalp – Müğənni
* Burak Sevindik – Birja brokeri
* Şaban Sevinç – Jurnalist
* Mustafa Balcı – "Sözcü" qəzetinin redaktoru / Jurnalist
* Necmettin Enes Töbü
* Kerem Lafçı
* Cem Gürkan Alpay
* Engin Geylan
* Yunus Caf
* Erdin Özel
* Əmir Münir Sarpyener
* Bolkan Bekçi
* Həsən Dörtkardeş
* İbrahim Halil Rat

Siyasi boykotlar, polis müdaxilələri və parlament kürsüsündən səsləndirilən, iqtisadi fırıldaqçılığı ifşa edən sənədlər – bunların hamısı "Sözcü TV"-nin əsas xəbərlər buraxılışında işıqlandırılıb.

Həmin araşldırma proqramının videosunu oxucularımıza təqdim edirik:

Alparslan

Editor
Redaktor