"Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları" yeni redaksiyada təsdiqlənib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Yeni sənədə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə haqq ödəniləcək. Xüsusi texniki qurğular və avadanlıqlar vasitəsilə götürülən suya görə də ödəniş nəzərdə tutulur. Toplanan vəsaitlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xəzinə hesabına köçürüləcək.
Beləliklə, ölkədə su ehtiyatlarından pullu istifadə mexanizmi yenilənmiş qaydalarla tənzimlənəcək.


