Rusiya XİN: Zaporojye AES-in Ukraynaya və ya başqa ölkəyə verilməsi mümkün deyil

DÜNYA 25 mart 2025, 22:44
Rusiya Xarici İşlər Nazirliyi Zaporojye Atom Elektrik Stansiyasının Ukraynaya və ya başqa ölkəyə verilməsinin mümkün olmadığını bəyan edib.

APA xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb.

“Stansiyanın Rusiyanın nüvə sənayesinə qaytarılması çoxdan başa düşülən bir həqiqətdir. Beynəlxalq ictimaiyyətə yalnız qəbullanmaq qalır”, - XİN qeyd edib.

Rusiya tərəfi beynəlxalq təşkilatların Zaporojye AES-i işlətməsi ideyasını da absurd adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top