UEFA Millətlər Liqası: Yarımfinalçılar məlum olublar

İDMAN 24 mart 2025, 08:38

UEFA Millətlər Liqasında pley-off və 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

Demokrat.az xəbər verir ki, dörddəbir final mərhələsində Niderland səfərdə İspaniyanın qonağı olub.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün oyun əlavə vaxtda davam edib. 30 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləniblər (3:3) və cütün taleyinə penalti seriyası aydınlıq gətirib. Bu seriyada İspaniya 5:4 qalib gələrək yarımfinala yüksəlib.


Fransa - Xorvatiya görüşü də penaltilər seriyasınadək davam edib. İlk görüşdə səfərdə 0:2 məğlub olan Fransa öz meydanında Xorvatiyanı eyni hesabla məğlub edib - 2:0. Penaltilər seriyasında fransızlar 5:4 hesabı ilə üstün olublar.


İlk görüşdə 0:1 məğlub olan Portuqaliya doğma meydanda Danimarkaya 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda daha iki qol vuran ev sahibləri yarımfinala yüksələn tərəf olub - 5:2.

 


İtalyanlar səfərdə Almaniya ilə heç-heçə ediblər. Oyunun əvvəlində meydan sahibləri 3 qol vursalar da, qonaqlar hesabı bərabərləşdiriblər - 3:3. İlk görüşdə Almaniya 2:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, İspaniya, Fransa, Portuqaliya və Almaniya milliləri Millətlər Liqasının yarımfinalında mübarizəni davam etdirəcəklər.

Yarımfinalda Almaniya - Portuqaliya və İspaniya - Fransa qarşılaşmaları keçiriləcək.

Oyunlar iyunun 4 və 5-də, üçüncü yer uğrunda görüş və final isə iyunun 8-də keçiriləcək. Qeyd edək ki, turnirin final hissəsinin bütün oyunları Almaniyada baş tutacaq.

Xatırladaq ki, İspaniya millisi UEFA Millətlər Liqasının hazırkı qalibidir.

Pley-off matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

23 mart

UEFA Millətlər Liqası

A/B pley-offu

Macarıstan - Türkiyə 0:3 (ilk görüş - 1:3)

Serbiya - Avstriya 2:0 (1:1)

Şotlandiya - Yunanıstan 0:3 (1:0)

Belçika - Ukrayna 3:0 (1:3)

B/C pley-offu

Gürcüstan - Ermənistan 6:1 (3:0)

İrlandiya - Bolqarıstan 2:1 (2:1)

İslandiya - Kosovo 1:3 (1:2)

Sloveniya - Slovakiya 1:0 (0:0) ) (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top