Türkiyədəki azərbaycanlı tələbələrə xəbərdarlıq — Dərhal deport olunacaqsız...

GÜNDƏM 24 mart 2025, 00:36
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.

Demokrat.az xəbər verir ki, müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur. (axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 mart 2025, 18:19
Top