Bred Pittin etdiyi yaxşılıq başına bəla oldu

DÜNYA 23 mart 2025, 14:36
Hollivud ulduzu Bred Pittin etdiyi yaxşılıq başına bəla olub. 

Demokrat.az
BAKU.WS-ə istinadən xəbər verir ki, aktyor 2005-ci ildə baş verən "Katrina" qasırğasında evini itirənlərə 109 yeni mənzil inşa etdirib istifadəyə vermişdi. 

Bred bunu qurucusu olduğu "Make It Right" adlı xeyriyyə cəmiyyəti vasitəsilə edib. Lakin cəmiyyətin inşa etdiyi evlərdə ciddi problemlər meydana gəlməyə başlayıb. Mənzillərin bir çoxunda nəmişlik olub və böcəklər meydana çıxıb. 

"The Sun"ın yaydığı məlumata görə Bred Pitt bu evlərə 12 milyon dollar pul xərcləyib. 20 ildən sonra isə həmin mənzillərdə yaşayan sakinlər aktyoru məhkəməy veriblər. Onlar indi Bred Pittdən 20.5 milyon dollar təzminat tələb edirlər. 

61 yaşlı aktyor gərgin iş qrafikində çalışdığı üçün bu barədə açıqlama verməkdən imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top