İsrail HƏMAS-a girovların azad edilməsi üçün yeni plan təqdim etdi

DÜNYA 23 mart 2025, 13:08
İsrail Misirin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağındakı girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb. Razılaşmanın ilk mərhələsində HƏMAS 11 canlı girovu azad etməli, həmçinin 16 nəfərin cəsədini təhvil verməlidir. Bundan sonra 40 günlük atəşkəs elan edilməlidir.

İkinci mərhələdə isə İsrail tərəfinin planına görə, HƏMAS bütün qalan girovları eyni vaxtda azad etməlidir. Məlumatda deyilir ki, ABŞ İsrailin təklifini dəstəkləyir, çünki bu təklif mövcud hərbi təzyiqi gücləndirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top