İranda azərbaycanlılar ayağa qalxdı — VİDEO

GÜNDƏM 22 mart 2025, 19:06

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçirilib.

Bu barədə yerli sosial media şəbəkəsində paylaşımlar edilib.

Urmiyanın mərkəzi küçələrinə axışan on minlərlə azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər.

“Azərbaycan oyaqdı, kürdlər bizə qonaqdı”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” və başqa bu kimi şüarlar səsləndirilib.

Bəzi məlumatlarda aksiya iştirakçılarının sayının 150 mindən çox olduğu qeyd olunsa da, rəsmi məlumatlarda bu, “onminlərlə” göstərilib.

Aksiyanı dağıtmaq üçün polis, motosikletli xüsusi qüvvələr, təhlükəsizlik məmurları və texnika cəlb olunub.

Çox sayda insanın saxlanıldığı, onlarla nəfərin xəsarət aldığı bildirilsə də, bu, rəsmi şəkildə təsdiq olunmayıb.

Xatırladaq ki, bayramqabağı mərasimlərdə, xüsusən martın 18-də kürdlər şənlik tədbirlərini siyasi mitinqə çevirərək, Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya torpaq iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar.

Qeyd edək ki, bundan əvvəl yerli dövlət qurumları Azərbaycan türklərinin Urmiyada çərşənbə mərasimi keçirmələrinə icazə vermədiyi halda kürdlərin oxşar mərasim keçirmələrinə rəsmi icazə vermişdi.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 mart 2025, 18:43
Top