Ərdoğan: "CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır"

DÜNYA 21 mart 2025, 22:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində 21 mart Novruz proqramında çıxış edib.

Demokrat.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, dövlət başçısı hazırda ölkə müxalifətinin ətrafında yaranan vəziyyəti şərh edib:

"Çox açıq və qəti şəkildə deyirəm: CHP (Cümhuriyyət Xalq partiyası - red.) başçısının çağırdığı küçə çıxışı olmayan dalandır. Oğurluğu, soyğunu, qanunsuzluğu, saxtakarlığı müdafiə etmək üçün məhkəmə salonları əvəzinə küçəni göstərməsi böyük bir məsuliyyətsizlikdir.

Ramazanı və Novruzu birlikdə qeyd etdiyimiz belə xüsusi bir gündə İstanbulda baş verən bir korrupsiya əməliyyatı bəhanə edilərək küçələrimizdə qarışıqlıq yaratmaq istənildiyinin şahid oluruq. Bir ovuc qabiliyyətsiz möhtəkirin yalnız öz gələcəyi, mənafeyi, işi pozulmasın deyə millətimizin rahatlığına qəsd etməsinə, insanlarımızı qızışdırmasına, Türkiyəni terrora bürüməyə çalışmasına göz yummayacağımızın bilinməsini istəyirəm.

Bu millətin əzəli və əbədi birliyinin zədələnməsinə bu günə qədər razılıq vermədik, bundan sonra da verməyəcəyik. Kədərlidir ki, CHP mövcud idarəetmə sistemində qanunsuz təşkilatlarla asimmetrik əlaqələr qurub, boynuna qədər korrupsiyaya batıb. CHP-nin yalnız bələdiyyələrə çökmüş haramzadələrlə deyil, marjinal quruluşlarla və terror təşkilatları ilə də arasına məsafə qoymasının zəruriliyi aydındır", - dövlət başçısı bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top