İstanbul birjasında əməliyyatlar dayandırıldı

DÜNYA 21 mart 2025, 18:01
İstanbul Fond Birjasında çökmə davam edir.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə 10:52-də alqı-satqı dayandırılıb. İtkilər davam etdiyindən birja 11:27-də bağlanıb.

Günə 0,53% enişlə və 9.758,53 indekslə başlayan birjada yerli vaxtla 10:12-də eniş 5%-ə çatıb. Bu səbəbdən də alqı-satqının dayandırılmasına qərar verilib.

"Saat 10:52-dən etibarən indeksin söndürülməsi sistemi işə salınıb. Birjanın səhm, füçers və opsiya bazarlarında ticarət edilən səhm və səhm indekslərinə əsaslanan müqavilələr, Dövlət Qiymətli Borc Bazarında isə əməliyyatlar müvəqqəti olaraq dayandırılıb", - İstanbul Fond Birjasının açıqlamasında deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top