Avtobus sürücüsünü döyənlərdən daha biri saxlanıldı — VİDEO

SOSİAL 21 mart 2025, 15:00

Avtobus sürücüsünə hücum edən şəxslərdən daha biri tutulub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünə xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top