
"Əl-Şəbab"ı çalışdıran Fatih Terimin Səudiyyə Ərəbistanında ayın məşqçisi seçildiyinə görə aldığı pul mükafatının məbləği məlum olub.
Yenisabah.az xəbər verir ki, türk mütəxəssisin komandası mart ayında keçirdiyi 3 matçdan 2-də qalib gəlmiş, 1-də isə heç-heçə etmişdi.
"Əl-Şəbab" Terimin bu uğuru ilə əlaqədar paylaşım edib. Paylaşımdakı fotoda Terimin əlindəki 10 min Səudiyyə Ərəbistanı realı (2 min 450 avro) məbləğində çek olduğu görünür.
Terim bu ilin yanvar ayından "Əl-Şəbab"ın baş məşqçisidir.
