Azərbaycanlı çempion Ukraynada öldürüldü — FOTO

İDMAN 21 mart 2025, 10:17
Gəncə şəhər sakini Ukraynanın Luqansk şəhərində qətlə yetirilib.

Demokrat.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Ceyhun Salamov çalışdığı kafedə bıçaqlanaraq öldürülüb.

Onun qətlində bir neçə nəfərin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, Ceyhun Salamov vaxtilə boks üzrə SSRİ çempionu olub. O, kikboksinq üzrə əməkdar məşqçi, dəfələrlə dünya çempionu Elnur Salamovun qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top