Aysun: “Xəyanəti bağışlamaram”

ŞOU-BİZNES 20 mart 2025, 17:18
Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişində qonaq olarkən xəyanət barədə danışıb:

“Xəyanəti heç vaxt keçmərəm. Bu günə qədər də keçməmişəm. Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub kiməsə getsinlər. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanəti edən insan itirmiş olur və özü-özünü aldadır.

Sevdiyim insanın ürəyi başqasını istəyib, gedibsə, deməli o ürəkdə mən yoxam. Başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an onu bitirərəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top