İmamoğlunun həbsindən sonra sosial şəbəkələrdə təxribat xarakterli paylaşım edən 261 şübhəli şəxs müəyyən edilib

REGİON 20 mart 2025, 11:38
Türkiyədə sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlarla əlaqədar 261 şübhəli şəxs müəyyən edilib.

"Report"un "HaberGlobal"a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama yayıb.

O bildirib ki, 261 nəfərdən 37-si tutulub:

"İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı araşdırmalar çərçivəsində bəzi sosial media hesabları vasitəsilə İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla cəmi 106 şübhəli haqqında həbs qərarı çıxarıldıqdan sonra sosial şəbəkələrdə "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” və “Cinayətə təhrik” cinayəti çərçivəsində təxribat xarakterli yazıların hazırlandığı müəyyən edilib. Həmin paylaşımları 62-si xaricdə olmaqla ümumilikdə 261 şübhəli hesabın etdiyi müəyyən edilib. Kibercinayətkarlıqla Mübarizə Departamentimiz və Təhlükəsizlik Departamentimizin koordinasiyalı işindən sonra 37 şübhəli tutuldu və digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".

Qeyd edək ki, İstanbul Böyük Bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 105 nəfər ötən gün saxlanılıb. Onlar bir çox maliyyə cinayətlərində
təqsirləndirilirlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 mart 2025, 19:40
Top