"Bu, mədəni yolçuluğun bir növüdür" — Tolik

ŞOU-BİZNES 20 mart 2025, 10:56
"İki gündür ki, Novruz bayramı ilə bağlı təbriklər bir yana qalsın, üstündə papaq şəkili olan bank kartları atırlar. Üstündə də qapının döymək səsini atırlar. Bu nə deməkdir? Bu mədəni pul istəmək deməkdir, yoxsa kiminsə qapısına getməyin, mənə pul atın deməkdir? Bunun adını necə qoyaq?"

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında deyib. O, Novruz bayramına xas papaqatma ənənəsinin hazırda kart hesablarına pul köçürmək formasında dəyişməsini qınayıb:

"Bir-iki dostuma atdım. Amma anlamadım bu zarafatdır, yoxsa gerçək? Mənə qəribə gəldi. Biz görmüşük ki, papağın içinə qoğal, şəkərbura, paxlava və konfet qoyarlar. Pulu papağın içinə niyə qoysunlar? Əgər pul istəyirsənsə, birdəfəlik de ki, pul istəyirəm. Bu da təzə çıxdı? Bu, mədəni yolçuluğun bir növüdür. Şəxsən bunu başqalarına deyil, amma dostlarıma yaraşdırmıram”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 mart 2025, 19:40
Top