“Sülh müqaviləsinin müddəalarının razılaşdırılması ilə bağlı açıqlamaların verilməsindən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər təxribatların səbəblərinin haradan qaynaqlandığını söyləməyə əsas verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq, millət vəkili Elçin Mirzəbəyli bildirib.
Millət vəkili qeyd edib ki, baxmayaraq ki, razılaşdırılan müddəalardan biri də üçüncü qüvvələrin, yəni indiki halda Avropa İttifaqının qondarma müşahidə missiyasının regionda, Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı idi:
“Yəni bu razılaşmada faktiki olaraq hər hansı bir qüvvənin, o cümlədən həmin müşahidə missiyasının ərazidən çıxarılması nəzərdə tutulurdu.
Amma buna baxmayaraq, Nikol Paşinyan həmin razılaşmanı fərqli kontekstdə təqdim etməklə göstərdi ki, o, razılaşmadan öncə səsləndirdiyi fikirləri təkrar olaraq dilə gətirir. Onun qənaətinə görə, müşahidə missiyası yalnız delimitasiya olunmuş ərazilərdən çıxarılmalıdır. Burada iki əsas məqam var. Birincisi, delimitasiya prosesinə maneə yaratmaq. Yəni münaqişəli situasiyada delimitasiyanın aparılması, eləcə də razılaşmaların əldə edilməsi aktiv hərbi əməliyyatlar və ya atəşkəsin pozulduğu zaman kəsiyində mümkün deyil. Bu, həm də etimada əsaslanan münasibətlərin formalaşmasına zərbə vuran faktorlardan biridir.
Digər tərəfdən, bu, bəhanə yaratmağa xidmət edir ki, Avropa İttifaqının qondarma müşahidə missiyası qarşıdurmanın mümkünlüyü faktorunu önə çəkərək yenə də münaqişə bölgələrində qalmaq və “binokl diplomatiyasını” icra etmək istiqamətində addımlar atsın”.
E.Mirzəbəyli onu da əlavə edib ki, indiki şəraitdə Ermənistan siyasi hakimiyyəti tərəfindən törədildiyi ehtimal olunan bu təxribata əsas verən faktorlar qısaca bunlardır:

“Əgər biz fərqli bir kontekstdən yanaşsaq, yəni burada üçüncü qüvvələrin iştirakı, Ermənistandakı revanşist qüvvələrin prosesə müdaxiləsi və ya xarici qüvvələrə bağlı olan hərbçilərin atəşkəsi pozması kimi amilləri nəzərə alsaq, bu, inandırıcı deyil.Çünki burada söhbət atəşkəsin bir neçə dəfə pozulmasından gedir və əgər Ermənistan tərəfi həqiqətən də razılaşmaya sadiqliyini nümayiş etdirirdisə, o zaman faktiki olaraq bu prosesin qarşısının alınması, atəşkəsi pozan şəxslərin cəzalandırılması, bununla bağlı Azərbaycan tərəfinin məlumatlandırılması və ya rəsmi açıqlama verilməsi istiqamətində addımlar atmalı idi.Amma bunların heç biri baş verməyibsə, bu o deməkdir ki, Paşinyan hakimiyyəti məqsədyönlü şəkildə daha öncə dilə gətirdiyi bəhanələri əldə etmək üçün təxribat törədib”.
Leyla Turan
Demokrat.az