30 yaşlı oğlan qayınatasına xəsarət yetirdi

KRİMİNAL 18 mart 2025, 16:30
Qusar rayonunda 1995-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınatası Məmmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 noyabr 2024-ci ildə baş verib. İlqar həmin gün, saat 14:00-da yaşadığı evin həyətyanı sahəsində qayınatası Məmmədin sifət nahiyəsindən kəllə zərbəsi ilə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 21-də, saat 14:00-da yaşadığı evin həyətyanı sahəsində qayınatası Məmmədi baş zərbəsi ilə vurub və nəticədə Məmməd xəsarət alıb. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, Məmmədlə barışdığını, Məmmədin ona qarşı heç bir şikayətinin olmadığını deyib. 

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top