Serbiya prezidenti: "Ölkədə Kiyev Maydanı metodları işləməyəcək"

DÜNYA 17 mart 2025, 16:37
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, 2014-cü ildə Kiyev Maydanı metodları onun ölkəsində işləməyəcək.

Demokrat.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə o, "Instagram" səhifəsində xalqa videomüraciətində bəyan edib.

Vuçiç, həmçinin müxalifləri 15 mart etirazlarında hakimiyyətin guya "səs topu" istifadə etməsi barədə yalan məlumatlar yaymaqda ittiham edib.

"Hər şey uğursuz bitəndə yalan danışmaq lazım gəlir və onlar "səs topu" ilə bağlı bir hekayə uydurdular. Onlar bu topu tapıblar, onu "Kobra" hərbçilərinin əlində göstəriblər. Amma bu, "səs topu" deyil, adi dronəleyhinə topdur, çünki Serbiya ordusunda və "Kobra"larda ümumiyyətlə "səs topu" yoxdur", - deyə dövlət başçısı bildirib.

Vuçiç qeyd edib ki, 15 mart etirazlarının iştirakçılarından heç biri səs qurğusunun istifadəsi ilə bağlı tibbi yardım üçün müraciət etməyib.

"Növbəti gün öz fəallarını göndərməyi düşünüblər ki, onlar özlərini pis hiss etdiklərini desinlər. Göstərə, sübut edə bilmirlər və uydurmağa davam edirlər. Əziz vətəndaşlar, niyə bunu edirlər?" - deyə Serbiya lideri sual edib.

Onun sözlərinə görə, eyni şey Maydan zamanı da baş verib, o zaman Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç insanlara atəş açan snayperlər gətirməkdə ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top