"Beyləqanın icra başçısı ona trolluq edən şəxsə süpürgəçi vəzifəsi verdi" — Jurnalistdən sərt tənqid

SOSİAL 17 mart 2025, 16:39

"Beyləqanın icra başçısı haqda bir tənqid səsləndirdim, trol hücumuna məruz qaldım"

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalist İntiqam Valehoğlu deyib.

İ.Valehoğlu icra başçısı ona trolluq edən şəxsə süpürgəçi vəzifəsi verib:

"Beyləqanın icra başçısı haqda sosial şəbəkə hesabımda iki kəlmə söz danışdım, trol hücumuna məruz qaldım. Həmin videonun şərh yerində məni təhqir etməyə başladılar. Bu azmış kimi "TikTok"da özünü bloqer kimi təqdim edən şəxs 

mənim fotomu yerləşdirib, haqqımda boş-boş danışdı. İlk öncə buna normal reaksiya verdim. Daha sonra özümə də maraqlı gəldi, həmin şəxsin profilinə nəzər saldıqdan sonra icra başçısının ona təmizlik işçisi işi verdiyi əks etdirən görüntülər qarşıma çıxdı.

Həmin şəxs hətta özü də bunu videoda etiraf edib".

Həmin videonu təqdim ediririk:

(sitat.info)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top