Son illərdə Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilərin Qırmızı dənizdə və Ədən körfəzində həyata keçirdiyi hücumlar regionda gərginliyi artırıb. 2023-cü ildən bəri ABŞ-nin hərbi və ticarət gəmilərinə 300-dən çox hücum edilib. Ağ Evin yaydığı son bəyanata görə, ABŞ prezidenti Donald Tramp bu hücumlara cavab olaraq sərt tədbirlər görmək niyyətindədir. Vaşinqton Husiləri regionda sabitliyə təhdid kimi qiymətləndirir və onların hücumlarına qəti şəkildə cavab veriləcəyini bildirir. Bu qərar Yaxın Şərqdə güc balansını necə dəyişdirəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Yəməndəki Husi qüvvələri həm Yaxın Şərq regionu, həm də dünya üçün ciddi təhdid formalaşdırmağa davam edir:
“Bir çox çağırışlara baxmayaraq, Livandakı Hizbullahın davamı qismində iştirak edən Yəmən husiləri bölgədə sabitliyin əldə edilməsinə əngəl durur. Təkcə söhbət husilərin ABŞ-yə məxsus olan gəmlərə hücumu ilə də xarakterik deyil. Husilər bütövlükdə böyük bir təhlükə mənbəyidir və təəssüflər olsun ki, Yəmən husilərinin bu ölkədəki nüfuz üstünlüyü, siyasi və hərbi formada idarə etməni ələ almasına qarşı heç nə edə bilmir”.
Politoloq onu da əlavə edib ki, ABŞ dəfələrlə husilərə xəbərdarlıq edərək, onların fəaliyyətini nizamlamaqla bağlı məcburi addımlar atacağına vurğulayıb:
“Yəni, faktik olaraq, ABŞ bundan əvvəl dəfələrlə Yəmənə xəbərdarlıq etsə də, husilər və onlara bağlı olan digər proksi qüvvələr bütövlükdə dünyanı və regionu təhdid etməyə davam edirlər. Mən düşünmürəm ki, ABŞ-nin husilərə qarşı sonuncu hərbi əməliyyatları bütövlükdə ABŞ-nin Yəmənlə geniş və uzun müddətli müharibəsinə səbəb olacaq.
Amma hər halda, Donald Tramp hakimiyyəti husilər sakitləşənə qədər havadan bu hücumları və əməliyyatları davam etdirəcək deyə düşünürəm. Bütövlükdə, bu mənim fikrimdir ki, Yəməndə husilər, Livanda isə Hezbollah mövcud olduğu müddətdə Yaxın Şərqdə hansısa bir pozitiv dəyişiklik və eyni zamanda siyasi sabitliyin əldə edilməsi ehtimalları kifayət qədər aşağı olaraq qalacaq”.
Leyla Turan
Demokrat.az